İnterpress.az-ın Xarici mətbuata istinadən verdiyi xəbərə görə, Türkistan vilayətinin Arıs şəhərində yerləşən hərbi hissənin silah anbarında baş verən partlayış nəticəsində 16 nəfər yaralanıb.
Türkistan vilayətinin başçısı Umirzak Şukiyev bildirib ki, regionda fövqaladə vəziyyət elan olunub və hadisənin baş verdiyi əraziyə yaxın yaşayan şəxslər dərhal təxliyyə olunub. O, partlayışın miqyasının böyüklüyünü nəzərə alaraq bütün şəhərin təxliyyə olunacağını bildirib.
İnterpress.az