Diqlas ticarət mərkəzi sökülürbackend

Diqlas ticarət mərkəzi sökülür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, artıq bir neçə gündür ki, ticarət mərkəzinin söküntüsü həyata keçirilir.

Ərazidə iş aparan şirkətdən bildirilib ki, söküntü işləri sentyabr ayınadək yekunlaşacaq.

Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli “Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb.

İnterpress.az