Novruz Məmmədov növbəti müddətə ARNDF-ın Müşahidə Şurasının sədri seçilibbackend

Novruz Məmmədov növbəti müddətə ARNDF-ın Müşahidə Şurasının sədri seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, fonddan verilən məlumata görə, iclasda Fondun 2018-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabatına, ARDNF-ın 2018-ci il büdcəsinin icrası barədə məsələlərə baxıldı. Müşahidə Şurası tərəfindən ARDNF-nin 2018-ci ildə maliyyə fəaliyyəti haqqında hesabatına dair müstəqil auditorun (“PwC Azərbaycan” MMC) rəyi, 2018-ci il büdcəsinin icrası barədə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi, habelə ARDNF-ın 2018-ci il büdcəsinin gəlirlərinin 17 614,1 milyon manat və yaxud 115,0 faiz səviyyəsində, büdcə xərclərinin isə 11 455,6 milyon manat və ya 99,8 faiz səviyyəsində icra edildiyi nəzərə alınaraq, ARDNF-ın 2018-ci il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alındı.

Müşahidə Şurası tərəfindən eyni zamanda ARDNF-ın fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda ARDNF-ın maliyyə və büdcəsinin icrası barədə hesabatların son təqdim edilməsi müddətində dəyişikliklərin edilməsi məqsədəuyğun hesab edildi və bu dəyişikliklərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tövsiyə edildi.

İnterpress.az