Yaxınlarının İnterpress.az-a verdiyi məlumata görə, 59 yaşlı veteran futbolçu bu gün Bakıdakı özəl klinikalardan birində keçinib. O, böyrək çatışmazlığından həyatını itirib.
Qeyd edək ki, Ə. Ələkbərov 1960-cı ildə anadan olub. Yarımmüdafiəçi ampluasında çıxış edən Ə. Ələkbərov 1980-1984-cü illər ərzində “Neftçi”nin heyətində 64 oyun keçirib, 2 qol vurub.
Ruhu şad olsun!
İnterpress.az