İnterpress.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Venesuela prezidenti Nikolas Maduro açıqlamasında deyib.
Onun sözlərinə görə, təlimlər iyulun 24-də Simon Bolivarın şərəfinə təşkil olunacaq.
“Biz yeni hərbi təlimlərə hazırlaşırıq. Təlimlər iyulun 24-də xilaskarımız Simon Bolivarın şərəfinə təşkil olunacaq. Biz təlimləri Karib dənizinin, Venesuela sahillərinin və Venesuela sərhədlərinin mühafizəsi üçün təşkil edirik”, – deyə Maduro bildirib.
İnterpress.az