İnterpress.az xəbər verir ki, isveçli hücumçu ABC telekanalının təşkil etdiyi ilin ən yaxşı futbolçusu mükafatını qazanıb. O, Yosef Martines, Ueyn Runi və Aaron Lonqu qabaqlayaraq, bu mükafata sahib çıxıb.
Bununla da, 9-cu dəfə \”LA Qalaksi\” futbolçusu bu mükafatı qazanıb. Daha əvvəl Lendon Donovan (5 dəfə), David Bekhem (2 dəfə) və Robbi Kin bu mükafata layiq görülüb.
2018-ci ildən Amerika təmsilçisinin heyətində çıxış edən İbrahimoviç, bu müddət ərzində keçirdiyi 42 oyunda 35 qolla yadda qalıb.
İnterpress.az






