İnterpress.az Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə muxtar respublikanın kənd təsərrüfatı naziri Bəhruz Bayramov bildirib.
O, qeyd edib ki, 1 iyul 2019-cu il tarixə muxtar respublikanın 87 kəndində mövcud olan ailə təsərrüfatlarında 5 min 997 baş mal-qara, 35 min baş xırdabuynuzlu heyvan, 8 min 712 baş quş, 4 min 700 arı ailəsi, 3 min 61 hektar əkin sahəsi, 47 hektar meyvə bağı, 7,8 hektar üzüm bağı, müxtəlif təyinatlı 32 kənd təsərrüfatı maşın və mexanizmi var.
İnterpress.az