Həbsdə olan iş adamlarının vəkilləri istintaqdan narazıdırbackend

Həbsdə olan iş adamlarının vəkilləri istintaqdan narazıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sadiq Rəsulov İnterpress.az-a açıqlamasında qeyd edib ki, Nəsib Piriyev beynəlxalq axtarışa verilməyib: “Hələlik Nəsib Piriyev ölkə daxilində axtarışdadır. Prosedura uyğun olaraq sonrakı mərhələlərdə məhkəmə onun barəsində həbs qərarı çıxararsa, beynəlxaq axtarışa verilə bilər. İndi isə Nəsib Piriyev xarici ölkələrdən birindədir və kredit məsələsi ilə bağlı ölkə daxilində axtarılır”.

Vəkil Nəsib Piriyevin faktiki sahibi olduğu “Azərbaycan Consaltinq Qrup”MMC-nin direktoru Erhan Cavad Yavuzun hazırda 1 saylı istintaq Təcridxanasında saxlandığını bildirib: “Erhan Cavad Yavuza direktoru olduğu şirkətin bankdan aldığı170 milyon manat kreditdə mənimsəmə olması ilə bağlı ittihamlar səsləndirilir. Halbuki bankdan alınan həmin vəsaitin sərəncamı birbaşaNəsib Piriyevə məxsus olub. Bundan başqa bankdan alınan vəsaitin heç də iddia olunduğu kimi 170 milyon yox, 46 milyon olduğu bildilir. Qalan vəsaiti isə Beynəlxalq Bank özü başqa istiqamətlərə xərcləyib. Erhan Cavad Yavuz 3 aya yaxındır təcridxanada saxlanılır. Ancaq bu müddət ərzində heç bir istintaq hərəkəti aparılmır. Mənimsənildiyi bildirilən vəsaitin sərəncamı onun əlində olmadığı halda Erhan Cavad Yavuz aylardır təcrudxanada saxlanılır. Dəfələrlə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İstintaq şöbəsinə protokollarla, müdafiə etdiyim şəxsin ifadəsi ilə tanış olmağıma imkan yaradılması üçün müraciət etmişəm. Ancaq buna icazə verilmir. Məsələ ilə bağlı baş prokurora, daxili işlər nazirinə yazılı müraciət edilib. Erhan Cavad Yavuzla görüşə icazəni də olduqca çətinliklə almışam. Vəkil olaraq mövqeyimi müəyyən etməyə imkan yaradılmalı olduğu halda, hansısa səbəbdən buna icazə verilmir”.

Kredit qalmaqalı ilə bağlı həbsdə olan başqa bir iş adamı, “Xəzər menecment sistem” müəssisəsinin direktoru Adil Mikayılovun vəkili Azər Tanrıverdi də İnterpress.az-a müdafiə etdiyi şəxsin əslində qurban olduğunu vurğulayıb: “Adil Mikayılov Azərbaycanda alternativ enerji məsələsində ən yüksək dərəcəli ixtisaslı mütəxəssislərdən biridir. Onun rəhbərlik etdiyi müəssisə külək enerjisi avadanlqılarıın quraşdırılması sahəsində çalışıb və mütəxəssis kimi öz işini görüb. İndi isə onun da adı 80 milyon manatlıq kredit işində hallandırılır. Əslində isə həmin vəsaitin kredit kimi götürlüməsinin Adil Mikayılova heç bir aidiyyatı olmayıb”.

Elnarə
İnterpress.az