Azərbaycanda əhalinin sayı artıbbackend

Azərbaycanda əhalinin sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin bir kvadrat kilometrə olan sıxlığı 111 nəfər olub.

Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür. Əhalinin ümumi sayının 53,1%-i şəhər, 46,9%-i kənd sakinləri, 49,8%-i kişilər, 50,2%-i qadınlar, 22,4%-i 0- 14 yaşda, 71,6%-i 15-64 yaşda, 6%-i isə 65 və yuxarı yaşda olanlardır.

Cari ilin ilk altı ayı ərzində ölkədə 78,4 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 16,6 təşkil edib. Doğulan körpələrin 53,2%-ni oğlan, 46,8%-ni isə qız uşaqları təşkil edir. Körpələrin 1370-i əkiz, 48-i isə üçəm doğulanlardır.

2015-ci ilin yanvar-iyun ayları ərzində qeydiyyat orqanları tərəfindən 28,1 min ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi 6,1-dən 5,9-a qədər azalıb.

İnterpress.az