Şəkidə cavan oğlan toyda damarlarını doğradıbackend

Şəkidə cavan oğlan toyda damarlarını doğradı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhərin Aşıq Cümə küçəsi, ev 4 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Seymur Zülfüqar oğlu Nəbiyev şadlıq evində keçirilən toy məclisində alkoqollu içki içərək sərxoş olub. Restoranın eyvanına çıxan gənc məlum olmayan səbəbdən əsəbiləşib və şüşə ilə qolunun damarlarını kəsməyə başlayıb.

Hadisəni görən qonaqlar S.Nəbiyevə mane olaraq şüşə parçasını onun əlindən alıblar. Yaralı dərhal Şəki mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, damarlarının çoxu kəsilən Seymura ilkin tibbi yardım göstərilərək əməliyyat üçün Bakı şəhərinə göndərilib.

Faktla bağlı Şəki rayon Polis İdarasində araşdırma aparılır. (anspress)

İnterpress.az