İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dənizə düşən helikopterdən 11 nəfər xilas edilib.
Qəza helikopterin Polina Osipenko qəsəbəsindən Onçaqan rayonuna uçarkən baş verib. Reysin şəxsi sifariş əsasında həyata keçirildiyi qeyd olunur.
Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin hava və dəniz nəqliyyat vasitələri göndərilib. Hadisə ilə bağlı cinayət işi açılıb və araşdırma aparılır.
İnterpress.az