Gizli ABŞ-PKK danışıqlarıbackend

Gizli ABŞ-PKK danışıqları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu iddia ilə İngiltərədə yayımlanan “Daily Telegraph” qəzeti çıxış edib.

Qəzetin yazdığına görə, danışıqlar gizli aparılır. Bununla belə PKK liderlərindən olan Cəmil Bayık öz müsahibəsində “Mesajlar gedib-gəlir, toplantılar keçirilir, məktublaşmalar var və bu əlaqə inkişaf edir” deyə vurğulayıb.

Cəmil Bayıkın sözlərinə görə, ABŞ-ın Türkiyə ilə PKK arasında vasitəçi olması mümkündür: “Bizə zəmanət verilərsə, üzərimizə düşən rolu yerinə yetirərik. Ancaq zəmanət verilməsə, təktərəfli addım ata bilmərik. Əgər Amerika Türkiyənin siyasətini dəstəkləməyə davam edərsə, kürdləri itirəcək. Əgər Amerika kürdləri itirərsə, o zaman İŞİD-i məğlub etməsi də çətinləşir”.

İnterpress.az