Cavid Hüseynov Kürdəxanıya köçürüldübackend

Cavid Hüseynov Kürdəxanıya köçürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda modern.az-a “Qəbələ” futbol klubunun sabiq kapitanın hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov məlumat verib. O, futbolçunun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün avqustun 18-də Səbail rayon Məhkəməsinə müraciət ediləcəyini deyib.

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı Sabayel rayon Məhkəməsi Cavid Hüseynovu həbs edib. İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçilib.

Cinayətin Cavid Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır. Bakı Apelyasiya Məhkəməsində “Qəbələ” futbol klubunun sabiq oyunçusu Cavid Hüseynovun şikayəti üzrə keçirilən prosesdə onun vəsatəti təmin edilməyib.

İnterpress.az