İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın “Zvezda” telekanalı bildirir.
Telekanalın yaydığı xəbərə görə, Rusiya tərəfi planlaşdırıb ki, 2017-ci ildə Qəbələ RLS-in əvəzində \”Voronej” RLS-in tikintisinə başlanılsın.
Ümumiyyətlə, rəsmi Kreml Rusiyanın müxtəlif bölgələrində \”Voronej” RLS-in təkmilləşdirməyə başlayıb
Xəbərdə bildirilir ki, Bakının nəzarətinə verilən Qəbələdəki “Daryal” RLS-in əvəzinə tikilməsi planlaşdırılan \”Voronej” RLS Rusiyanın tabeçiliyində olacaq. Bu isə Armavirdəki RLS-in nəzarət edə bilmədiyi sahələri də diqqətdə saxlanılmasına imkan verəcək.
Rusiyada yerləşən \”Voronej\” stansiyası
\”Voronej\” stansiyası ballistik, qanadlı raketlərin və digər obyektləri aşkar etməkdə ən güclü hesab edilən RLS-lərdəndir. Stansiya rahat şəkildə 6 kilometr horizontal, 8 kilometr vertikal ərazini rahat şəkildə izləyə bilir. Bununla yanaşı 500 hava obyektinə nəzarət edə bilmə qabiliyyətindədir.
Leninqrad vilayətində yerləşən \”Voronej\” stansiyası Şpitsbergendən Mərakeşə qədər ərazini və ABŞ-ın şərq sahillərini nəzarət edə bilir. Armavirdəki RLS isə Cənubi Avropadan Şimali Afrikaya qədər ərazini izləyə bilir.
\”Voronej\” stansiyası 500 hava obyektinə nəzarət edə bilir.
Xatırladaq ki, Qəbələdəki “Daryal” tipli RLS-in icarə müddəti 2012-ci ilin dekabrında bitib. Azərbaycan və Rusiya arasında stansiyanın icarə müddətinin uzadılmasına dair xeyli müddət danışıqlar aparılsa da tərəflər razılaşmaya gələ bilməmişdi. Nəticədə Moskva Qəbələ RLS-i bağlamaq və stansiyadan imtina etmək qərarına gəldi.
Keçmiş Qəbələ RLS-in əmlakı və ərazisi Azərbaycan Silahlı Qüvvələrinin balansına yox, Nazirlər Kabinetinin qərarı ilə müvafiq qurumlara həvalə olunub.
\”Rossiya 24\” telekanalına müsahibə verən prezident İlham Əliyev Qəbələ RLS-i bağlanmasına münasibət bildirmişdi.
Prezident bəyan etmişdi ki, Qəbələ RLS məsələsi Azərbaycan və Rusiyanın ikitərəfli münasibətlərində heç bir narahatlıq yaratmayıb və yaratmır.
İnterpress.az