Təşkilat sədri Səfərəli Teymurzadə geniş hesabat məruzəsi ilə çıxış edib. Ötən konfransdan keçən müddət ərzində təşkilatın gördüyü işlər, seçkili orqanların fəaliyyətini, rayondakı ictimai-siyasi proseslər barədə danışan sədr qeyd edib ki, VHP ziyalı partiyasıdır və Astara rayon təşkilatında da ziyalılar birləşib. S.Teymurzadə milli birlik və vətəndaş həmrəyliyi ideologiyasının son illər bölgədə yaşanan problemlər fonunda daha böyük aktuallıq qazandığını və milli ideologiyaya çevrilməsinin vacibliyini bildirib. NTK sədri Məhəmməd Novruzov da hesabatında vurğulayıb ki, təşkilat öz fəaliyyətini VHP Nizamnaməsinə uyğun qurub və fəaliyyət göstərib.
Konfrans nümayəndələrindən Kitabəli Məmmədov, Yavər Şıxəlioğlu, Mirzə Baxşıyev, Əlizamin Ələsgərov və başqaları çıxış edərək təşkilatın fəaliyyətindən danışıb və təkliflərini veriblər.
VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli VHP-nin fəaliyyətindən, qarşıda duran işlər, qurultay hazırlıqları və ölkədə baş verən ictimai-siyasi vəziyyət barədə məlumat verib. Sonda təşkilatın seçkili orqanlarına seçkilər keçirilib, Səfərəli Teymurzadə yenidən sədr, 7 nəfər Məclis, 3 nəfər NTK və 6 nəfər qurultaya nümayəndə seçilib.
Qarşıdan gələn parlament seçkilərində isə Yavər Məmmədovun namizədliyinin 77 saylı Astara seçki dairəsindən irəli sürülməsi qərara alınıb.
İnterpress.az