Hadisə rayonun Seyfəli kəndində qeydə alınıb. Kənd sakini, 1991-ci il təvəllüdlü Məzahir İsgəndərov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi, 1993-cü il təvəllüdlü Rasim Qənbərlini bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən M. İsgəndərov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. ( apa )
İnterpress.az