Habil Əliyev üçün Türkiyədən həkim briqadası gətirildibackend

Habil Əliyev üçün Türkiyədən həkim briqadası gətirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə AzNews.az-a sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyeva məlumat verib.

Onun sözlərinə görə, H.Əliyevin müalicəsi üçün Türkiyədən xüsusi həkim briqadası gətirilib. Həmin həkimlər kamança ifaçısını müayinə ediblər:
“Həkimlər müayinənin nəticələrini açıqlayacaqlar. Düzü, hazırda mən də nəticələrin cavabından məlumatsızam”.

Qeyd edək ki, Habil Əliyev ağciyər və ürəkçatışmazlığından əziyyət çəkir. Xalq artisti Mərkəzi Klinik Xəstəxanada süni nəfəs aparatına qoşulub.

İnterpress.az