Bunu “APA-Economics”ə açıqlaması zamanı “Bakı metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib. Qurum rəsmisi bu səhvin aradan qaldırılacağını vurğulayıb.
“Növbəti kartın sifarişi zamanı bu səhvlər olmayacaq”, – deyə N.Paşayev bildirib.
Qeyd edək ki, bu günə qədər artıq 150 minə qədər kart satılıb.
Xatırladaq ki, “Bakıkart”ın üzərində “Kartı rəsmi satış məntəqəsindən alınız”, “Kart balansını artırmaq üçün rəsmi ödəniş terminallarından istifadə ediniz”, “Kartınızı zədələməyiniz” kimi cümlələr yer alır. “Alınız”, “ediniz”, “zədələməyiniz” kimi ifadələrin işlədilməsinin düzgün olmadığını deyən mütəxəssislər bunu Azərbaycan dilinə hörmətsizlik kimi dəyərləndirir.
İnterpress.az