41 dərəcə isti olacaqbackend

41 dərəcə isti olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərq küləyi cənub küləyi ilə əvəzlənəcək. Bakıda gecə 23-27, gündüz 30-37 dərəcə isti proqnozlaşdırılır.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 19-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 34-39, bəzi yerlərdə 41 dərəcə olacaq. Dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

İnterpress.az