Müdafiə Nazirliyində qəbul günləribackend

Müdafiə Nazirliyində qəbul günləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hərbi qulluqçuların və digər vətəndaşların müraciətlərinə diqqət və qayğının artırılması məqsədilə Müdafiə Nazirliyində rəhbər vəzifəli şəxslərin qəbul günləri müəyyən olunub.

Əmrə əsasən Silahlı Qüvvələr və Qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, müstəqil şöbə, xidmət rəisləri, birlik, birləşmə və əlahiddə hərbi hissə (gəmi) komandirləri və digər müəssisə rəisləri də müəyyən edilmiş vaxtlarda vətəndaşları qəbul etməli və müraciətlərə baxmalıdırlar.

Nazirliyin rəhbər vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbulu müəyyən olunmuş günlərdə saat 16.00-dan 18.00-dək Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində və digər yerlərdə həyata keçiriləcək.

Azərbaycan Respublikası Müdafiə Nazirliyində rəhbər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul günləri.

Azərbaycan Respublikasının Müdafiə naziri
hər ayın 2-ci həftəsinin çərşənbə axşamı günü
Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi
hər ayın 2-ci həftəsinin cümə günü
Müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi
hər ayın 1-ci həftəsinin çərşənbə axşamı günü
Мüdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı
hər ayın 1-ci həftəsinin cümə günü
Мüdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi
hər ayın 3-cü həftəsinin şənbə günü
Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisi
hər ayın 3-cü həftəsinin çərşənbə günü
Tibb Baş İdarəsinin rəisi
hər ayın 1-ci həftəsinin cümə axşamı günü
Təşkilat Səfərbərlik İdarəsinin rəisi
hər ayın 3-cü həftəsinin cümə axşamı günü
Şəxsi Heyət Baş İdarəsi – Kadrlar İdarəsinin rəisi
hər ayın 4-cü həftəsinin cümə günü
Şəxsi Heyət Baş İdarəsi – Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi
hər ayın 3-cü həftəsinin çərşənbə axşamı günü
Hüquq İdarəsinin rəisi
hər ayın 4-cü həftəsinin çərşənbə günü
Maliyyə və Büdcə İdarəsinin rəisi
hər ayın 3-cü həftəsinin cümə günü
İşlər İdarəsinin rəisi
hər ayın 4-cü həftəsinin şənbə günü
Bakı Qarnizonunun rəisi
hər ayın 2-ci həftəsinin cümə günü

Vətəndaşların qəbul vaxtı
saat 16.00-dan – 18.00-dək
Vətəndaşların qəbul yeri
Müdafiə Nazirliyinin H.Aslanov adına Mərkəzi Zabitlər Evi
Ünvan
Bakı şəhəri, S.Vurğun küçəsi, 12. (“Sahil” metro stansiyasının yaxınlığında)
Qəbula yazılma vaxtı
hər gün saat 14.00-dan 18.00-dək (istirahət, bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla)
Əlaqə telefonu
(012) 493-50-26

İnterpress.az