Yeni polislərə tədris zamanı aldıqları bacarıqlar nümayiş olunub. Nümayişdə polislərlə birgə Odessanın qubernatoru M.Saakaşvili də iştirak edib.
Məlumata əsasən, M.Saakaşvili öz çıxışında patrul polisi əməkdaşlarının yüksək peşəkarlıq səviyyəsini vurğulayıb. Bundan başqa, Odessanın qubernatoru bildirib ki, peşəkar keyfiyyətlərə görə onlar Avropa və ABŞ polislərini qabaqlaya bilərlər.
Xatırladaq ki, Odessanın gələcək polislərinə amerikalı mütəxəssislərdən dərs alan kiyevli təlimatçılar təlim keçir. (report)
İnterpress.az