İran Rusiya ilə birgə döyüş təyyarələri istehsal edə bilərbackend

İran Rusiya ilə birgə döyüş təyyarələri istehsal edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın müdafiə naziri Hüseyn Dehqan bəyan edib.

Onun sözlərinə görə, İran Rusiyanı döyüş təyyarələrinin birgə istehsalı layihəsinə dəvət edib.

“Rusiya tərəfi bizim imkanlarımızla artıq tanış olub. Qırıcıların istehsalı sahəsində biz yalnız Rusiya ilə əməkdaşlıq etmək fikrindəyik”, deyə Hüseyn Dehqan bildirib.

İranın müdafiə naziri həmçinin qeyd edib ki, İran istehsal edəcəyi pilotsuz uçan aparatları (PUA) xaricə satmağa planlaşdırır.

İnterpress.az