Oğlu həbsdə olan həkim: “Ədalətsizliyi gördükcə intihar etmək istəyirəm”backend

Oğlu həbsdə olan həkim: “Ədalətsizliyi gördükcə intihar etmək istəyirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyd edib ki, oğlu Ədalət Əhmədov eyni məhəllədə yaşadıqları tanışı və onun dostu ilə bir mübahisədə iştirak edib və həmin mübahisə zamanı Kamil Bədəlov adlı şəxs bıçaq yarası alıb: “Həmin Kamil Bədəlov həbsdən çıxandan sonra keçmiş sevgilisini və onun azyaşlı uşağını bıçaqla hədələyib qaçırıb. Mübahisə də həmin məsələ ilə bağlı olub. Kamil iddia edib ki, sevgilisi o həbsdə olan zaman ona verilməli olan 1500 manat pulu mənimsəyib. Buna görə də həbsdən çıxandan sonra qızı axtarıb tapıb və həm ondan, həm də qızın indiki həyat yoldaşından pulu tələb edib. Dəfələrlə bu məsələ ilə bağlı mübahisələr yaranıb. Sonunda Kamil qızı və qızın yeni doğulan körpəsini qaçıraraq Hövsanda gizlədib. Daha sonra bir neçə nəfəri bu məsələ ilə bağlı söhbət etmək üçün Nardarana aparıb. Amma mənim oğlum da daxil olmaqla heş kəsə söhbətin məhz bununla bağlı olduğunu deməyib. Söhbət açılanda isə yoldaşları Kamili buna görə qınayıb və ordan uzaqlaşmaq istəyiblər. Kamil qapının yanında duraraq əlindəki bıçaqla hamını hədələyib. Bıçaq oğlumun gödəkcəsini deşib. Mübahisə zamanı oğluma əvvəlcədən Kamilin verdiyi mətbəx bıçağı Kamili yaralayıb və Kamil ordan qaçıb. Axtarışda olduğuna görə əvvəl təcili tibbi yardıma müraciət etməyib. 5-6 saat sonra isə çox güman ki, qanaxmadan dünyasını dəyişib. Hətta Kamilin ailəsi belə oğlumdan şikayətçi deyil. Şahidlər də oğlumun özünü müdafiə etmək məcburiyyətində qaldığını deyir. Amma istintaqda bu məqamların heç biri araşdırılmayıb. İndi də prokuror oğluma 11 il həbs istəyir. Oğlum ağır xəstədir, 13 saat əməliyyat keçirib, Onkologiya Mərkəzində qeydiyyatdadır. Hər dəfə məhkəməyə gətiriləndə halı pisləşir. İşə dügün baxılması üçün hər yerə müraciət etmişəm, amma heç bir kömək edən yoxdur. Mən sadəcə işin düzgün araşdırılmasını tələb edirəm. Ədalətsizliyi gördükcə özümü öldürmək istəyirəm”.

Elnarə
İnterpress.az