Boş qalan yerlərə ixtisas seçimi bu gün başa çatırbackend

Boş qalan yerlərə ixtisas seçimi bu gün başa çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Proses bu gün saat 00.00-da başa çatacaq.

18 avqust saat 17.00-a olan məlumata görə 14 812 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçib və elektron ərizəsinə daxil edib təsdiqləyib.

İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, dövlət və özəl ali təhsil müəssisələrinə ümumilikdə 6 555 yer boş qalıb.

İnterpress.az