Leyla Yunus tibb məntəqəsinə köçürülübbackend

Leyla Yunus tibb məntəqəsinə köçürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə APA-ya L. Yunusun vəkili Elçin Qəmbərov məlumat verib. Vəkil Leyla Yunusla görüşdüyünü də qeyd edib. Onun sözlərinə görə, L. Yunus tibb məntəqəsinə ötən həftə köçürülüb.

Xatırladaq ki, L. Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndiriliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L. Yunus 8 il yarım, A. Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib.

İnterpress.az