MSK sədri Məzahir Pənahovun iştirakı ilə keçən iclasda qurumun 15, 25, 27 may tarixli iclaslarının protokolları təsdiqlənib.
Daha sonra MSK sədr müavini Natiq Məmmədov Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”ına əsasən, aşağı seçki komissiya üzvlərinin maarifləndirilməsinin təşkilinə dair məlumat verib. N. Məmmədov bununla bağlı keçirilən tədbirlərdən danışıb.
N. Məmmədovun təqdimatı səsə qoyularaq təsdiq olunub.
MSK sədrinin müavini Mikayıl Rəhimov bəzi seçki dairələrinin seçki məntəqələri üzrə seçicilərin sayının təmsilçilik normalarına uyğunlaşdırılması ilə bağlı məlumat verib.
O deyib ki, dairə seçki komissiyalarına yeni məntəqələr yaratması tövsiyə olunur.
Sonda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
İnterpress.az