İnterpress.az xəbər verir ki, azərbaycanlı Çarlin Çaplin kimi tanınan Üzeyir bu dəfə də izləyiciləri heyrətləndirərək onların böyük rəğbətini qazana bilib. Belə ki, o, şouda indiyədək heç zaman səhnədə nümayiş etdirmədiyin nömrə ilə çıxış edib.
Heç bir təhlükəsizlik tədbiri görülmədən təhlükəli hündürlükdə olan nərdivanın ən yuxarı pilləsində ayaq üstə dayanaraq izləyicilərə həyacan dolu anlar yaşadıb.
Bu nömrəni daha da həyacanlı edən şounun canlı yayımlanması olub. Çıxışa münasibət bildirən münsiflər heyətindən Hovard Stern Üzeyirin çıxışını izlərkən özünü Olimpiya oyununda hiss etdiyini bildirib. O daha sonra televiziya tamaşaçılarını Üzeyirə səs verməyə çağırıb.
Nəzərinizə çatdıraq ki, artıq şounun bu mərhələsində növbəti şouya vəsiqə qazanacaq iştirakçıları münsiflər heyəti deyil, amerikalılar verdiyi səslər müəyyən edir.
İnterpress.az