İnterpress.az xəbər verir ki, bunu “TASS”a Rusiya Turizm Sənayesi İttifaqının mətbuat katibi İrina Tyurina bildirib.
Rusiya Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci rübünün yekunlarına əsasən, Rusiyadan Türkiyəyə turist axını 30 faiz azalıb.
“Sentyabrın 15-dən noyabrın 30-dək hökumət hər çarter reysə görə Rusiya turoperatorlarına 6 min dollar ödəyəcək”, deyə Tyurina Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin qərarına istinadən bildirib. Onun sözlərinə görə, analoji tədbirlər bu ilin aprel-may aylarında da həyata keçirilib.
Türkiyə hökuməti subsidiyalaşmanı bərpa etməklə Rusiyadan turist axınının azalmasını ilin yekunlarına görə 10 faiz səviyyəsində saxlamaq niyyətindədir. “Hazırda Rusiyadan turist axınının azalması keçən illə müqayisədə orta hesabla 30 faiz təşkil edir. Turist axınının azalmasına dollar və avro məzənnəsinin qalxması və Türkiyənin xarici siyasətində dəyişiklik – İŞİD və PKK –ya qarşı hərbi əməliyyatların başlanması səbəb olub”, deyə Tyurina qeyd edib.
“Daily Sabah” Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelikə istinadən bildirir ki, dövlət dəstəyi Rusiya şirkətləri ilə yanaşı MDB və İran turizm şirkətlərinə də göstəriləcək.
İnterpress.az