İnterpress.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə əlaqədar qurumlara 3400 sakinin imzası ilə müraciət göndərilib.
2012-ci ildə şəhər məscidinə imam təyin edilən Şeyx Yusif müsəlmanları Rusiyadan Suriyaya və İraqa getməyə çağırıb. Bunu isə əsl islamın məhz həmin yerlərdə olması ilə izah edib. Bu təbliğatın nəticəsində 7 ailə kiçik uşaqları ilə bərabər İŞİD-ə qoşulub.
“Gedənlər olduqca normal insanlar olub. Onlar əvvəllər alkoqol qəbul etməyib, narkoman deyillər, əməksevər insanlardır. 2 ailənin hər birində 4 uşaq, 2 ailədə isə bir uşaq var. Ümumilikdə 10 uşaq ailəsi ilə bərabər İŞİD-ə qoşulub” deyə sakinlər bildirib.
Bu ilin martında Şeyx Yusif imam statusundan məhrum edilib. Ancaq özü üçün ibadət evi açıb. Daha sonra isə onun Türkiyəyə getdiyi bildirilir.
Rusiya Müftilər Şurası isə imamlarla bağlı daxil olan bütün müraciətlərin araşdırıldığını bildirib. Sakinlər imamın tapılaraq məsuliyyətə cəlb olunmasını istəyir.
İnterpress.az