Bunu İnterpress.az-a Müsavat Partiyası ilə bağlı Ədliyyə Nazirliyinə müraciətdən sonra narazılara ünvanlanan ittihamlara cavab verən partiyanın Suraxanı rayon təşkilatının keçmiş sədri Rövşən Dəmirli bildirib.
Rövşən Dəmirli qeyd edib ki, nazirliyin obyektiv araşdırma apararaq lazım olan qərarı verəcəyinə ümid edir: “Bilmirəm qərar necə olacaq. Amma ümid edirm ki obyektiv araşdırıb qərar verəcəklər”.
Məlum müraciətin ölkə müxalifətinə ziyanı barədə fikirlərə münasibət bildirən Rövşən Dəmirli “Müxalifətə ziyan çoxdan dəyib, artıq ölkədə müxalifət anlayışı qəbul edilmir. Bəlkə özlərini klassik müxalifət adlandıran bu insanlardan qurtulsaq, həqiqi müxalifət yaranar” deyə vurğulayıb.
Elnarə
İnterpress.az