Erkan Özoral: Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıbbackend

Erkan Özoral: Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ticarət dövriyyəsi ilə bağlı rəqəmlər kifayət deyil:

“2015-ci ildən sonra bizim ticarət dövriyyəmiz hətta 5 mlrd. dollar səviyyəsinə də qalxıb. Bizim əsas məqsədimiz tez bir zamanda ən azından 5 mlrd. dollarlıq ticarət səviyyəsini bərpa etmək və daha da artırmaqdır“.

Səfir Türkiyə vitse-prezidentinin bir neçə gün öncə Bakıya səfərinə də toxunub və hökumətlərarası komissiyanın apardığı müzakirələrdə əsas məsələnin iqtisadi əlaqələrin daha da genişləndirilməsi olduğunu vurğulayıb:

“İqtisadi əlaqələrin daha da gücləndirilməsi vacibdir. Bunun üçün artıq ticarətin yetərli olmadığını düşünürük. Hesab edirik ki, investisiyaların həcmi artırılmalıdır. Bundan sonra da ona fokuslanacağıq”.