Qaxda qəbiristanlıq yanıbbackend

Qaxda qəbiristanlıq yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanğın bu gün saat 17.00 radələrində rayonun Qorağan kənd inzibati ərazisində yerləşən, ümumi sahəsi iki hektar olan kənd qəbiristanlığında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğının söndürülməsində kənd sakinləri də yaxından köməklik edib. Yanğın nəticəsində qəbiristanlığın 1 hektar ərazisi və qəbiristanlığa 1,5 hektar otlaq sahəsi və kol-kos yanıb. Qəbiristanlığın qalan hissəsi yanğından mühafizə olunub. (apa)

İnterpress.az