İnterpress.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 21-də saat 10 radələrində Sabunçu rayonunda Türkiyə vətəndaşı Ahmet Yığıt idarə etdiyi “Nissan” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən Bakı şəhər sakini Mixail Erkini vurub. M. Erkin xəstəxanaya aparılarkən yolda ölüb.
Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
İnterpress.az