Bakıda banklar dollar satışını dayandırdıbackend

Bakıda banklar dollar satışını dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Unibank\”, \”Bank of Baku\”, \”Accessbank\”, \”Zaminbank\” və s. kommersiya banklarının paytaxtdakı valyutadəyişmə məntəqələrinin əməkdaşları valyutanın satışı prosesinin nə vaxt bərpa olunacağı haqqında məlumatsız olduqlarını və əməliyyatları baş ofisdən aldıqları göstəriş əsasında dayandırdıqlarını qeyd ediblər.

\”Zaminbank\”, \”Kredo bank\”, \”Atrabank\”, \”Muğanbank\”, \”AGBank\”, Azərbaycan Beynəlxalq Bankı, \”Amrahbank\” və \”United Credit Bank\”ın əksər valyuta mübadilə şöbələri və bir çox filial və mübadilə şöbələri bağlanıb, açıq olanlar isə əsasən İran rialı, Gürcüstan larisi və Rusiya rublunun alqı-satqısını həyata keçirir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı ötən gün ABŞ dollarının rəsmi məzənnəsini 1,0479 manat səviyyəsində müəyyənləşdirib. (report)

İnterpress.az