İnterpress.az xəbər verir ki, artıq qarşılaşmanın hakimləri bəlli olub.
Belə ki, matçı slovakiyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi FİFA referisi İvan Krujilak təyin olunub. Ona həmyerliləri Tomas Somolani və Tomas Mokoş kömək edəcəklər.
Qarşılaşmanın 4-cü hakimi isə Peter Kraloviç olacaq.
Bu oyunda hakimlərin işinə ispaniyalı məşhur keçmiş hakim Manuel Mexito Qonzales qiymət verəcək.
UEFA nümayəndəsi isə avstriyalı Volfqanq Triyexter təyin olunub.
İnterpress.az