İnterpress.az-ın “TASS”a istinadən verdiyi xəbərə görə, Məhəmməd Badia 2013-cü ildə Port-Səid şəhərində polis məntəqəsinə edilən hücumun təşkilində ittiham olunub. Qeyd edək ki, hücum nəticəsində 5 polis əməkdaşı həlak olun, onlarla insan yaralanıb.
Məhəmməd Badia ilə birlikdə hərəkatın daha bir neçə fəalı ömürlük həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, Məhəmməd Badia barəsində bundan əvvəl digər ittihamlar üzrə edam hökmü verilib.
İnterpress.az