Biz- müsəlman Şərqinin ən yaşlı vətəndaşlarıbackend

Biz- müsəlman Şərqinin ən yaşlı vətəndaşları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Vətəndaşlığının 97 yaşı tamam olur.

1918-ci ilin bu günü – 23 avqustda Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında əmr verildi. Bu əmrlə vətəndaşların hüququ, siyasi, dini azadlıqları təmin edilir, Azərbaycan Demokratik Respublikasının milliyyətindən, dinindən, ictimai vəziyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşları ölkə hüdudları daxilində vətəndaşlıq və siyasi hüquqlara sahib olurdular. Onlar nökəri, bəyi, xanı, kəndlisi və naziri ilə Dövlət qurmağın ağırlığını öz çiyinləri üzərinə almış, millət olmaq əzmini göstərərək alın tərləri ilə cümhuriyyət qurmuşdular. Buna görə də dünyanın gəlmiş- keçmiş ən halal vətəndaşlıq haqqına sahib olan vətəndaşı idi Cümhuriyyət insanımız. Elə bir Vətəndaşlıq ki, insanları azad, qadınları seçki hüququna sahib, millət əhval ruhiyəsi yerində… Müsəlman Şərqinin mədəni və elmi inqilablarına imza atan Türk milləti ilk Cümhuriyyəti qurmaqla vəzifəsinin dünyanı gözəlləşdirmək olduğunu bir daha bütün sübut etdi. Şərq insanı tarix boyu belə bir şey görməmişdi. Daim savaşların hökm sürdüyü, tiranların qan tökdüyü müsəlman Şərqi tarixinin ilk baharını yaşayırdı. Müsəlman Şərqinin insanı ilk dəfə olaraq qanunla müəyyənləşdirilmiş hüquq və vəzfilərdən istifadə edəcəkdi, bu, ilk Azad İnsan demək idi. Azərbaycan türkləri müsəlman Şərqinin ilk Cümhuriyyətini yaratmaqla Azərbaycan vətəndaşı olan digər xalqlara – yəhudi, ləzgi, talış, kürdlərə – Dövlət, Vətəndaşlıq kimi ən şirin anlayışları dadızdırmış oldu və beləliklə, müstəmləkə zülmü altında yaşayan qonşu xalqlara xilas yolunu göstərdi.

Bütün Türk və İslam dünyasının ən yaşlı vətəndaşları bizik. Bu, bizim üzərimizə böyük bir Vətəndaşlıq məsuliyəti yükləyir. İlk Vətəndaşlıq haqqına sahib olan məmləkətin insanı gərək hər sahədə nümunə olsun. Təəsüflər olsun ki, bu gün Azərbaycan Vətəndaşlığı öz halallığını, müqəddəsliyni itirib. Hazırki dövürdə halal vətəndaşlıq haqqına sahib olmaq çox çətindir və halal vətəndaşlıq haqqına sahib olan insanlarımız çox azdır. Ən pisi də odur ki, 1 milyondan artıq Azərbaycan türkü öz doğma vətənlərindən didərgin düşüblər. Ümumilikdə Azərbaycanın hər qarışı bizim üçün Vətən olsa da, bir çox insanımızın vətən daşı olacağı bir yurdu yoxdur. Cümhuriyyət dövründə Azərbaycan insanına vətəndaşlıq kodeksini, vətəndaş əxlaqını aşılayan millətin bütün kəsiminin mənəvi, içtimai və siyasi təlabatına cavab verə bilən bir idealoji bağ var idi. Bizi birləşdirən o bağ Müsavatçılıq məfkurəsi idi. Bu gün də milləti vətəndaş ruhunda kökləyəcək bir məfkurəyə ciddi ehtiyac var…