VHP Qəbələ təşkilatı konfrans keçiribbackend

VHP Qəbələ təşkilatı konfrans keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konfransda özək təşkilatlarından seçilmiş nümayəndələr, VHP Siyasi Şurasının üzvü Samir Əsədli, şöbə müdiri Səlcuq Elçin və AXCP Qəbələ RT sədrinin müavini Tehran Musayev iştirak ediblər.

VHP Qəbələ rayon təşkilatının sədri Nazlı Ağayeva geniş hesabat məruzəsi ilə çıxış edib. Təşkilatın, onun seçkili orqanlarının fəaliyyəti və rayonda baş verən ictimai-siyasi proseslərdən danışan N.Ağayeva VHP-nin ictimai-siyasi proseslərdə aktiv mövqeyini ortaya qoyduğunu vurğulayıb.

NTK sədri İlham Məmmədov da çıxışında təşkilatın seçkili orqanlarının fəaliyyətinin Nizamnaməyə uyğun olduğunu bildirib.

AXCP RT sədrinin müavini Tehran Musayev, konfrans iştirakçılarından İbrahim Muradov, Şəhanə Cabbarova, Cahid Ağayev, Bəşir Kərimov da çıxış edib və konfransı işinə uğurlar arzulayıb, təkliflərini səsləndiriblər.

Partiyanın Siyasi Şurasının üzvü Samir Əsədli VHP-nin fəaliyyəti, qurultaya hazırlıq işləri, həmçinin qarşıdan gələn parlament seçkiləri barədə məlumat verib.

Sonda səs vermə keçirilib. 11 nəfər Məclis üzvü, 3 nəfər NTK üzvü, 11 nəfər qurultaya nümayəndə seçilib.

Konfrans iştirakçıları Nazlı Ağayevanı yekdilliklə yenidən VHP Qəbələ rayon təşkilatının sədri seçiliblər. Həmçinin qarşıdan gələn parlament seçkilərində Nazlı Ağayevanın 116 saylı Qəbələ DSK-dan, İlham Dostuxanın isə 117 saylı Oğuz-Qəbələ DSK-dan namizəd kimi irəli sürülülməsi qərara alınıb.

İnterpress.az