Xaçmazda gənc oğlan dənizdə batdıbackend

Xaçmazda gənc oğlan dənizdə batdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, FHN Dövlət Sularda Xilasetmə Xidmətinə Xaçmaz rayonu, Müqtədir qəsəbəsində dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin suda batması haqqında məlumat daxil olub.

Şimal dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən 1995-ci il təvəllüdlü Əsgərov Orxan Xəyal oğlunun cəsədi sudan tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 05:32-də başa çatıb.

İnterpress.az