İnterpress.az xəbər verir ki, bu barədə Nepal DİN-in məlumatında bildirilir.
Məlumata görə, etirazçılar polis əməkdaşlarından birini diri-diri yandırıb, digərini nizələrdən keçiriblər, daha birini isə baltalayıblar. Məlumata görə, ölənlərdən 11-i DİN əməkdaşı, 6-sı isə hərbi polis işçisi olub.
Qeyd edək ki, insident Tilkapur şəhərində qeydə alınıb. Yerli əhalinin əksəriyyətini təşkil edən etnik Txaru xalqı hökumətdən yeni konstitusiyada torpaqlarına inzibati vahid statusunun verilməsini tələb edirlər. Yeni konstitusiya layihəsi ölkənin 6 federal əyalətə bölünməsini və daxili sərhədlərin demarkasiyasını nəzərdə tutur.
Hökumət şəhərə əlavə polis qüvvələri cəlb edib.
İnsident nəticəsində çoxlu sayda yaralanan var. Onların dəqiq sayı barədə məlumat yoxdur.
Ölənlərin sayının artacağı istisna olunmur.
İnterpress.az