Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstana başsağlığı verib.
bu barədə XİN-in “Twitter” səhifəsində məlumat yayılıb.
“Qazaxıstanın Jambıl bölgəsinin cənubunda hərbi anbarda partlayış xəbəri bizi kədərləndirdi. Bu faciəvi hadisənin qurbanlarının ailələrinə başsağlığı verir, bütün yaralıların tezliklə sağalmasını diləyirik”, – deyə məlumatda qeyd edilib.