Dəmir yolunda FACİƏ: Relslərin üzəri ilə yeriyən piyadanı qatar VURDU – VİDEObackend

Dəmir yolunda FACİƏ: Relslərin üzəri ilə yeriyən piyadanı qatar VURDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda dəmir yolunu keçmək istəyən piyadanı qatar vuraraq öldürüb

İnterpress.аz xəbər verir ki, bu barədə Hindistan KİV məlumat yayıb.

Hindistanda insan ölümü ilə nəticələnən kədərli və dəhşətli bədbəxt hadisə baş verib. Dəmir yolu xətlərindən qarşıdakı platformaya keçməyə çalışan yerli sakini qatar vurub.

Hadisənin baş verdiyi ağır anlar ərazidəki təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

Məlumata görə, piyada relslərin üzəri ilə olduqca yavaş və diqqətsiz hərəkət edib. Bu əsnada stansiyaya sürətlə yaxınlaşan qatar qəfildən ona çırpılıb.

Zərbənin kəskin təsirindən uzağa atılan piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən rəsmi təhqiqat başladılıb.

Xuraman Etibarlı

İnterpress.аz