Ankarada meşə yanğını təhlükəsi ilə əlaqədar meşəlik ərazilərə giriş oktyabrın 15-dək qadağan edilib.
İnterpress.аz xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Türkiyənin paytaxtı Ankarada meşə yanğınları təhlükəsi ilə əlaqədar olaraq meşəlik ərazilərə giriş rəsmən qadağan edilib.
Valilik tərəfindən qəbul edilən qərara əsasən, bu məhdudiyyət cari ilin oktyabrın 15-nə qədər qüvvədə qalacaq.
Qərarın qəbul edilməsində əsas məqsəd yay və payız aylarında müşahidə olunan kəskin isti və quru hava şəraitində yarana biləcək meşə yanğınlarının qarşısını əvvəlcədən uğurla almaqdır.
Məhdudiyyət dövründə müəyyən edilmiş rəsmi piknik və istirahət zonaları istisna olmaqla, digər bütün qorunan meşəlik sahələrə piyada və ya avtomobillə daxil olmaq qəti şəkildə qadağandır.
Qaydanı pozan vətəndaşlar barəsində ciddi inzibati cərimələr tətbiq olunacaq.
Xuraman Etibarlı
İnterpress.аz






