“Ginnesin Rekordlar Kitabı”nda YENİ REKORD: Hindistanlı yoq suyun altında 86 dəfə JİM ETDİ- VİDEObackend

“Ginnesin Rekordlar Kitabı”nda YENİ REKORD: Hindistanlı yoq suyun altında 86 dəfə JİM ETDİ- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanlı yoq suyun altında nəfəsini saxlayaraq 86 dəfə jim edib, dünya rekordu qırıb.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hindistanlı yoq və idman təlimatçısı Kamal Kaloi suyun altında tək bir nəfəslə 86 dəfə jim (yerdən qalxma hərəkəti) etməklə yeni “Ginnesin Rekordlar Kitabı”na düşüb. Bu qeyri-adi rekord rəsmi şəkildə qeydə alınıb.

Tarixi rekord cəhdi idmançının hazırda rəsmi olaraq yaşadığı və məşq etdiyi Vyetnamda baş tutub.

İdmançı bu çətin uğura imza atmaq üçün iki il ərzində gərgin və sistemli məşqlər keçdiyini, kalistenika hərəkətləri ilə xüsusi nəfəs saxlama texnikalarını birləşdirdiyini bildirib.

Xuraman Etibarlı

İnterpress.аz