“Nvidia”dan sonra “AMD” də videokartların qiymətini qaldırır.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Dünyanın ən böyük mikrosxem və qrafik kart istehsalçılarından olan “AMD” şirkəti rəqibi “Nvidia”nın ardınca videokartların qiymətlərini artıracağını elan edib.
Yeni qərara əsasən, “AMD” məhsulları ən azı 10%, “Nvidia” videokartlarının qiymətləri isə 20-30% civarında bahalaşacaq.
Bu, “AMD” üçün il ərzində artıq ikinci, “Nvidia” üçün isə üçüncü qiymət artımıdır.
Şirkətlər növbəti partiya məhsulların yeni qiymətləri barədə öz rəsmi tərəfdaşlarına və distribütorlarına artıq xəbərdarlıq ediblər.
Qiymət artımı ilk növbədə tədarükçülərə və mağazalara, daha sonra isə birbaşa alıcılara təsir göstərəcək.
Qlobal bahalaşmanın əsas səbəbi kimi dünyada yaşanan mikrosxem və digər vacib komplektləşdirici hissələrin kəskin qıtlığı göstərilir.
Köhnə anbar ehtiyatlarının tezliklə tükənəcəyi və yeni qiymətlərin ilin sonuna qədər mağazalarda rəsmən tətbiq olunacağı gözlənilir.
Xuraman Etibarlı
İnterpress.аz






