Qazaxıstanda yuxarı mərtəbədən atılan buz parçası uşaq arabası ilə keçən qadının üzərinə düşüb.
İnterpress.аz xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.
Qazaxıstanda uşaq arabası ilə küçədə gəzən qadının üzərinə çoxmərtəbəli binadan böyük buz parçası düşüb.
Araşdırmalar zamanı həmin buz parçasının binanın yuxarı mərtəbəsindən bir azyaşlı uşaq tərəfindən qəsdən aşağı atıldığı məlum olub.
Hadisə nəticəsində uşaq arabasındakı körpənin ciddi xəsarət almadığı bildirilir. Qadının başı aldığı zərbədən yarılıb və xəstəxanada tikişlər qoyulub.
Hazırda Qazaxıstan polisi hadisəni törədən azyaşlı oğlanın valideynlərinin şəxsiyyətinin müəyyənləşdirilərək tapılması və onların məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-təhqiqat işləri həyata keçirir.

Xuraman Etibarlı
İnterpress.аz






