Gürcüstanda 450 min dollardan çox fırıldaqçılıq edən iki şəxs saxlanılıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Gürcüstanda külli miqdarda fırıldaqçılıq törətməkdə ittiham olunan iki nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Ölkənin Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, təqsirləndirilən şəxslər saxta sənədlər vasitəsilə zərərçəkəni aldadaraq onun 450,9 min dolları (təxminən 766 530 manat) həcmində vəsaitini mənimsəyiblər.
Həmin irimiqyaslı vəsait 17 ədəd minik avtomobilinin satın alınması məqsədilə köçürülüb.
Dələduzlar rəsmi ödənişi əldə etdikdən dərhal sonra hadisə yerindən qaçıblar.
Cinayətdə iştirakı olan daha bir şübhəli şəxs barəsində isə qiyabi olaraq cinayət təqibi başlanılıb.
Faktla bağlı açılmış cinayət işi çərçivəsində saxlanılan hər iki şəxsi qanunvericiliyə uyğun olaraq 9 ilə qədər ağır həbs cəzası gözləyir.
Hazırda qiyabi axtarışda olan digər cinayətkarın yerinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq hərəkətləri davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.аz






