Saratovda qəzalı binada növbəti uçqun baş verib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Saratov şəhərində qəzalı vəziyyətdə olan çoxmərtəbəli yaşayış binasının yaşayış olmayan girişlərində kərpic hörgüsünün bir hissəsi uçub. Bu barədə şəhər rəhbəri rəsmi məlumat yayıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, sözügedən binada ilk uçqun hadisəsi bu deyil. 2025-ci il oktyabrın 18-də həmin binanın birinci mərtəbəsində xarici divarlardan birinin qismən uçması faktı qeydə alınmışdı.
Ötən il baş verən həmin hadisədən sonra müvafiq dövlət qurumları tərəfindən məsul vəzifəli şəxslərə qarşı səhlənkarlıq maddəsi ilə rəsmi cinayət işi başlanılmışdı.
Hazırda binanın tamamilə boşaldılması və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər aparılır.
Xuraman Etibarlı
İnterpress.аz






