Rusiyada heyvandarlıq kompleksində güclü yanğın baş verib, 2 500 donuz balası yanıb.
İnterpress.аz xəbər verir ki, bu barədə TASSi məlumat yayıb.
Rusiyanın Kurqan vilayətində yerləşən iri heyvandarlıq kompleksində güclü yanğın hadisəsi baş verib.
Baş verən qəza nəticəsində təsərrüfata ciddi ziyan dəyib və 2500 donuz balası yanaraq kütləvi şəkildə tələf olub.
Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən verilən rəsmi məlumata görə, yanğınsöndürənlərin və xilasedicilərin operativ müdaxiləsi sayəsində daha 2500 heyvanı alovların içindən sağ-salamat xilas etmək mümkün olub.
Hadisə yerinə dərhal çoxlu sayda yanğınsöndürmə briqadası cəlb olunub və alovun daha geniş təsərrüfat sahələrinə yayılmasının qarşısı alınıb.
Hazırda heyvandarlıq kompleksində baş verən yanğının dəqiq hansı səbəbdən qaynaqlandığı və təsərrüfata dəymiş maddi ziyanın ümumi miqyası mütəxəssislər tərəfindən araşdırılır.
Xuraman Etibarlı
İnterpress.аz






