Məşhur oyun şirkəti rəsmən ərəblərin nəzarətinə KEÇİR: 55 milyard dollarlıq SÖVDƏLƏŞMƏbackend

Məşhur oyun şirkəti rəsmən ərəblərin nəzarətinə KEÇİR: 55 milyard dollarlıq SÖVDƏLƏŞMƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur oyun şirkəti “Electronic Arts” rəsmi olaraq ərəblərin nəzarəti altına keçir.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Dünyanın ən nəhəng videooyun istehsalçılarından biri olan “Electronic Arts” (EA) şirkəti rəsmən ərəb investorlarının nəzarətinə keçir.

Şirkət rəhbərliyi satış prosesi üçün zəruri olan bütün rəsmi və hüquqi prosedurların uğurla tamamlandığını təsdiqləyib.

Məlumata görə, bu tarixi sövdələşmə cari ilin avqust ayının 4-də, birjada rəsmi ticarət sessiyasının bağlanmasından dərhal sonra baş tutacaq.

İrimərtəbəli sövdələşmənin ümumi maliyyə dəyəri rekord həddə – 55 milyard dollara (təxminən 93,5 milyard manat) bərabərdir.

Oyun sənayesi ekspertləri və geymerlər bu irimiqyaslı satınalmadan sonra şirkətin daxili siyasətində, xüsusilə son illərdə oyunlarda geniş yer alan mübahisəli LGBT təbliğatı məzmunlarından təmizlənməsini aparılacağını gözləyirlər.

Xuraman Etibarlı

İnterpress.аz